Tbilisidə, 26 fevral hadisələrinin 30-cu ildönümünə həsr olunmuş sərginin açılışı baş tutdu

20:10, 21.02.2022

Tbilisidə, Azərbaycanın Gürcüstandakı səfirliyi və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin təşkılatçılığı ilə, 26 fevral hadisələrinin 30-cu ildönümünə həsr olunmuş sərgi nümayiş etdirildi.

Sərgidə, Azərbaycanlı rəssamların 60-a yaxın rəsmi təqdim olunmuşdu.

Tədbir iştirakçıları bir dəqiqəlik sükütla 26 fevral hadisəsinin qurbanlarının xatirəsini yad etdilər. Daha sonra rəsmi şəxslər çıxış edərək bu günün mahiyyətindən söz açdılar.

Tədbirdə, Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, Azərbaycanın Gürcüstandakı səlahiyyətli səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfirinin müavini Onur Sevim, Azərbaycan Rəssamlar Ittifaqının üzvü Ülkər Əbülfət, Gürcüstan Rəssamlar İttifaqının sədri Quram Çerçvadze və Gürcüstan ictimai xadimləri iştirak etdilər.

Sərgi ziyarətçilər üçün 23 fevral tarixinədək açıq olacaq.

Oxşar