Tbilisidə, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirildi
Tbilisidə, Nəriman Nərimanov Memorial ev muzeyinin həyətində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Yaşıl dünya” adlı sərgi və uşaqlar üçün əyləncəli tədbir keçirildi.
Tədbirdə gənclərin “Yaşıl dünya” mövzusunda 30-a qədər rəsm əsəri nümayiş olundu, həmçinin musiqi nömrələri və rəqslər təqdim edildi. Tədbirə gələn uşaqlar tərəfindən şeirlər oxundu.