Tbilisi Cümə Məscidində Qurban bayramı qeyd edildi
İslam aləmi bu gün, ən müqəddəs bayramlardan biri olan qurban bayramını qeyd edir.
Gürcüstanda yaşayan müsəlmanlar da ölkə miqyasında müxtəlif tədbirlərlə qurban bayramını qeyd edir.
Tbilisi, cümə məscidində səhər saatlarında bayram namazı qılındı. Daha sonra, qurban bayramı sovqatı paylanıldı.
Qeyd edək ki, bayram 3 gün ərzində davam edir.