Sağlamlıq üçün təhlükəli ədviyyatlar (VİDEO)

Gürcüstan bazarında sağlamlıq üçün təhlükəli məhsullar. Laboratoriya təcrübələrində Navtluğ yaxınlığında yerləşən müəssisələrdə hazırlanan ədviyyatların tərkibində qurğuşun və “sudan bir” maddələrinin olduğu aşkarlandı. Bu maddələr insan orqanizmi üçün zərərli olan və xərçəng xəstəliyinə yol açan maddələrdir.

Məhsulların yoxlanışı zamanı, aşkar edilən zərərli maddələr istintaq işlərinin başlamasına səbəb oldu. İstehsalçını 3 ildən 5 ilə qədər həbs cəzası gözləyə bilər. Aşkar olunduğu kimi, təhlükəli məhsul, sözügedən Navtluğ bazarının ərazisində satılırdı və onun istehsalı üçün saman otundan da istifadə edirdilər.

Daha bir fövqaladə monitorinqlə paralel olaraq, hökümət ədviyyat və baharatların satış qaydalarını sərtləşdirir.

Müəlliflər: Sandro Cupalakiani, Nailə Qocayeva, Amirxan İdrisov