Marneulinin Kəpənəkçi kəndində məşhur sənətçi Aşıq Kamandarın ev-muzeyinin açılışı olub
Marneulinin Kəpənəkçi kəndində Türkiyənin Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən məşhur sənətçi Aşıq Kamandarın ev-muzeyinin açılışı olub.
Gürcüstanın Mədəniyyət Nazirliyinin qərarı ilə sənətçinin doğma evinə ev-muzeyi statusu verilib. Onun açılmasının məqsədi aşıq ənənəsinin populyarlaşdırılması və gələcək nəsillər üçün bu mədəniyyətin ötürülməsinə xidmət edir. Tədbirdə, Gürcüstanın Mədəniyyət, İdman və Gənclər nazirinin birinci müavini, Kaxa Sixarulidze iştirak edirdi, o, iki ölkə arasındakı sıx mədəni əlaqədən danışıb. Ev-muzeyinin açılışında Milli Muzeyin baş direktoru Davit Lortkipanidze, Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Fatma Ceren Yazqan , Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Azərbaycanın Mədəniyyət naziri, Anar Kərimov iştirak edirdi. Təqdimatda həmçinin, Türkiyənin Əməkdaşlıq və Koordinasiya Agentliyinin rəhbəri Serkan Kayalar və Necla Demirdağ , eləcə də agentliyin Tbilisi koordinatoru iştirak edib. Tədbirdə tərəflər üç ölkənin sıx mədəni əlaqələrindən və dostluqlarından danışıblar, bundan sonra da qonaqlar muzey adından medallarla təltif olunublar.