Marneulidə, “Sophopolis” təhsil mərkəzində yerli gənclərlə görüş-təlim keçirildi
Marneulidə, “Sophopolis” təhsil mərkəzində yerli gənclərlə, Gürcüstanin İctimai Yayimçısı – Birinci Kanalın “Rəngarəng Gürcüstan” qrupunun rəhbəri Ramilia Əliyeva görüş-təlim keçirib.
Görüş zamanı, Ramilia Əliyeva medianın vacibliyi, ictimai yayımçının fəaliyyəti, həyata keçirdiyi layihələr və Gürcüstanın azərbaycanlı icması üçün hazırlanan materiallar haqqında danışdı.
Gənclər media və digər mövzularda müxtəlif suallar veridilər, həmçinin Gürcüstanın Birinci Kanalının yeni binasını görmək istədiklərini bildirdilər.