Marneulidə Azərbaycan Milli Musiqi Gününə həsr olunmuş musiqili tədbir keçirildi
Marneulidə, Mədəniyyət Evində “İnkişaf və Təhsil Mərkəzi”, “GASU” və “SARAL İnkişaf və Təhsil Mərkəzi”nin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Musiqi Gününə həsr olunmuş musiqili tədbir keçirildi. Tədbir çərçivəsində milli rəqslər və canlı ifalar təqdim olundu, milli musiqi alətlərinin sərgisi nümayiş etdirildi. Musiqili tədbirdə, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi, ictimai xadimlər iştirak etdilər.