Bu gün dünya müsəlmanları müqəddəs Qurban bayramını qeyd edir. Gürcüstanda yaşayan müsəlmanlar da ölkə miqyasında müxtəlif tədbirlərlə qurban bayramını qeyd edir. Rustavi cümə məscidində səhər saatlarında bayram namazı qılındı. Daha sonra, qurban bayramı sovqatı paylanıldı. Rustavi cümə məscidinin imamı Tural Qasımov bayram münasibətilə bütün müsəlmanları təbrik edib. Qeyd edək ki, bayram 3 gün ərzində davam edir.