“Gürcüstanda istehsal et” agentliyi mikro və kiçik sahibkarlıq qrant proqramı üzrə biznes ideyaların qəbuluna davam edir
“Gürcüstanda istehsal et” agentliyi mikro və kiçik sahibkarlıq qrant proqramı üzrə biznes ideyaların qəbuluna davam edir. Maraqlanan şəxslər 11 aprel, saat 15:00-dək qeydiyyatdan keçə bilərlər. Ərizəni doldurmaq üçün maraqlananlar grantsenterprise.ge saytına daxil olmalıdırlar,
Mikro və kiçik sahibkarlıq dövlət proqramı çərçivəsində elan edilən qrant müsabiqəsində yetkinlik yaşına çatmış hər bir Gürcüstanın vətəndaşı iştirak edə bilər. Proqramda qrantın malliyəsi 30 000 laridir.