Bolnisidə "Sosial, iqtisadi və siyasi həyatda bərabərhüquqlu və tam iştirak üçün vətəndaş cəmiyyətini gücləndirmək" layihəsinin təqdimatı keçirilib

Bolnisi muzeyində “Sosial, iqtisadi və siyasi həyatda bərabərhüquqlu və tam iştirak üçün vətəndaş cəmiyyətini gücləndirmək” layihəsinin təqdimatı keçirilib. Məqsədi etnik azlıqları inteqrasiya etmək, yaxşı idarəçiliyi təşviq etmək və yerli biznesin inkişafı olan layihəyə Avropa İttifaqının dəstəyi ilə HEKS/EPER təşkilatı başlayır. Kvemo Kartlidə layihənin regional tərəfdaşı “Vətəndaş İnteqrasiyası Fondu” , Samtsxe-Cavaxetidə isə “Vətəndaş Cəmiyyətinin Formalaşmasına Dəstək Mərkəzi”-dir. Layihə altı munisipalitetdə-Kvemo Kartidə: Marneuli, Bolnisi və Dmanisi munisipalitetlərində, Samtsxe-Cavaxetidə isə, Axaltsixe, Ninotsminda və Axalkalaki munisipalitetlərində həyata keçiriləcək.