“Bizim Gürcü Dili” layihəsi çərçivəsində layihə üzərində işləyən qrup Kaxeti regionunda şagirdlərlə görüş keçirib (VİDEO)

18:30, 23.06.2021

Bizim Gürcü Dilimiz layihəsi çərçivəsində, 7-ci və 8-ci sinif şagirdləri arasında keçirilən gürcü dili üzrə olimpiadanın iştirakçıları ilə görüşlər davam edir. Layihə üzərində işləyən qrup bu dəfə Kaxeti regionunun Laqodexi rayonunun Qabal kəndinə və Saqareco rayonunun Lambalo kəndində oldu. Olimpiada iştirakçılarına sertifikatlar təqdim olundu.

Bizim Gürcü Dili layihəsinin gürcü dili olimpiadasının iştirakçıları qeyd edilən olimpiadanın onların dil öyrənmə motivasiyalarını artırdığını bildirirlər.

Bizim Gürcü Dili layihəsinin müəllifi və rəhbəri Ramilia Əliyevanın bildridiyinə əsasən, layihə müxtəlif yeniliklərlə gələcəkdə də davam edəcək və onun əsas məqsədi dövlət dili olan gürcü dilinin popularizasiyasıdır.

Xatırladaq ki,  Azərbaycan və erməni dilli məktəblər üçün gürcü dili olimpiadası artıq ikinci ildir keçirilir. Cari ilin iyun ayının sonu 9-cu və 10-cu sinif şagirdləri arasında gürcü dilki olimpiadası keçiriləcək. 11-ci və 12-ci sinif şagirdləri üçün isə qeydiyyat elan edilib. Bizim gürcü dili layihəsinin rəsmi feysbuk səhifəsində şagirdlər qeydiyyat vərəqəsini doldura bilərlər.

Oxşar