Azərbaycanın Gürcüstandakı səfirliyində Qarabağ müharibəsində həlak olanların anım gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycanın Gürcüstandakı səfirliyində 44 günlük Qarabağ müharibəsində həlak olanların anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Səfirliyinin müşaviri Eldar Bayramov bildirib ki, Azərbaycan tərəfinin müharibə dövründəki hərəkətləri beynəlxalq səviyyədə tanınmış və icazə verilən ölçülər çərçivəsində olub. Eldar Bayramov Suxuminin süqutu günündən də danışıb və bu ağrının Azərbaycana tanış olduğunu qeyd edib. O, Suxumidən qovulan vətəndaşların tezliklə öz doğma şəhərlərinə qayıtmasını arzulayıb. Tədbirdə Gürcüstanda akkreditə olunmuş hərbi attaşeler, Gürcüstan mətbuatının və Azərbaycan səfirliyinin nümayəndələri iştirak ediblər.