Azərbaycan Dövlət Müstəqilliyinin bərpası günü münasibətilə,Tbilisi Dövlət Konservatoriyasında klassik musiqi gecəsi keçirildi.

15:10, 20.10.2023

18 oktyabr- Azərbaycan Dövlət Müstəqilliyinin bərpası günüdür. Bu gün münasibətilə, Tbilisi Dövlət Konservatoriyasında klassik musiqi gecəsi keçirildi. Konsertdə klassik musiqi nömrələri səsləndirildi.
Tədbirdə bu günün əhəmiyyətindən söz açdılar.
Klassik musiqi gecəsi, Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və “ALYANS‘‘ Gənclər Mərkəzinin, Xan Şuşinski Fondunun təşəbbüsü ilə baş tutdu.

Oxşar