Zurab Caparidze - Müxalifət cinahında səslərin itirilməməsi ilə bağlı tam bir düşüncə var, qaydasına salacağımıza 100%-lə əminəm
Zənnimcə, vahid cəbhə düzgündür, ancaq bundan da vacibi odur ki, müxalifət cinahında səslərin itirilməməsi ilə bağlı tam bir düşüncə var-bu haqda “Qirçi-daha çox azadlıq” partiyasının üzvü Zurab Caparidze açıqlayıb.
O bildirib ki, seçki səsləri itməməlidir.
“Səslər itməməlidir və bu səslər ruslar tərəfindən alınmamalıdır, onlar iqtidarı qoruyub saxlamamalıdırlar. Bu səbəbdən bəzi konfiqurasiya üzrə qaydasına salacağıq. Aydındır ki, fərqli fikirlər var, amma sonda hər şeyi razılaşdırmaq olar. Biz İvanişviliyə və Rusiyaya səs verməyəcək konfiqurasiya üzrə qaydasına salacağıq. Qaydasına salacağımıza 100%-lə əminəm”- Caparidze açıqlayıb.