Zonal-saatlıq parkinq sistemi Vaja-Pşavela və Aleksandre Kazbegi caddələrində də qüvvəyə minəcək
Zonal-saatlıq parkinq sistemi Vaja-Pşavela və Aleksandre Kazbegi caddələrində də qüvvəyə minəcək

Saburtalo rayonunda, Pekinidən sonra, zonal-saatlıq parkinq sistemi Vaja-Pşavela və Aleksandre Kazbegi caddələrində də qüvvəyə minəcək.

Tbilisinin meri Kaxa Kaladzenin paytaxt hökümət iclasında bəyan etdiyinə görə, qeyd olunan layihənin başlamasının dəqiq tarixini ictimaiyyət növbəti hökümət iclasında öyrənəcək.

“Prinsiplər və qaydalar eyni olaraq qalır, avtomobil vasitəsini qeydiyyatdan keçirənlər üçün zonal parkinq pulsuz olacaq. Yerli olmayan, şəhərin digər rayonlarından gələn vətəndaşlar üçün isə, parkinqin ilk 15 dəqiqəsi pulsuz olacaq, sonra isə, pullu sistem başlayacaq. Qeyd edilməlidir ki, məhdud fiziki imkanlı şəxslər, elektromobil sürücüləri və A kateqoriyalı taksi sürücüləri üçün parkinq pulsuzdur.

Zonal parkinq haqqında dəqiq məlumatı növbəti hökümət iclasında təqdim edəcəyik”, – dedi Kaxa Kaladze.

Onun dediyinə görə, əhalinin məlumatlaşdırılması məqsədi ilə, Vaja-Pşavela və Aleksandre Kazbegi caddələrində munisipal pavilyon yerləşdiriləcək.