Zemo Poniçalada, partlayış yerində axtarış-xilasedici işlər başa çatdı
Zemo Poniçalada, partlayış yerində axtarış-xilasedici işlər başa çatdı. Bu barədə Fövqəladə Hallar İdarəsi Xidmətinin rəhbəri vəzifəsini yerinə yetirən Şalva Xutsişvili bəyan etdi.
Onun qeyd etdiyinə görə, axtarış işləri çox çətin şəraitdə keçirilirdi.
“Xilasedci tədbir başa çatdırıldı. İşlər çox çətin şəraitdə keçirilirdi. Divarlar uçmuşdu, buna görə, proses kifayət qədər uzandı. Vəfat etmiş ana və uşağı tapıldı. Ailəsinə başsağlığı vermək istəyirəm””, – Xutsişvili bəyan etdi.
Partlayış yaşayış korpusunda bu gün baş verdi. Hadisə yerində üç nəfər xəsarət aldı. Onları xəstəxanaya yerləşdirdilər.
Hazırda mövcud məlumata əsasən, partlayış təbii qazın yığılması nəticəsində baş verdi və nəticədə 3-cü və 4-cü mərtəbənin dağılması baş verdi.