Zemo-Poniçalada partlayış nəticəsində zərər görən üç pasientin sağlamlıq vəziyyəti stabildir, – bu barədə məlumatı 1tv.ge-yə yanıq müalicəsi mərkəzinin rəhbəri Quqa Kaşibadze verdi.
Onun dediyinə görə, klinikada müalicə görən üç pasientin müxtəlif dərəcəli yanıq yaraları var.
Mərkəzin rəhbərinin dediyinə görə, onlar hazırda reanimasiya şöbəsindədilər.
Tbilisidə, Zemo-Poniçaladaki yaşayış binalarının birində partlayış dünən səhər saatlarında baş verdi.
Bədbəxt hadisə nəticəsində üç nəfər yaralandı, iki nəfər – ana və uşaq isə, həyatını itirdi.