Zaal Udumaşvili - Dekabrın 11-də, parlamentin ilk iclasının keçirildiyi gün, hərşeyin sonu olacaq
Zaal Udumaşvili - Dekabrın 11-də, parlamentin ilk iclasının keçirildiyi gün, hərşeyin sonu olacaq

MSK-nın göstəriciləri ilə parlamentə daxil olan bütün deputatlar individual ərizə yazacaqlar, partiyanın rəhbərləri isə, siyahıları ləğv edəcəklər, – bu bəyanatı “Milli Hərəkatın” üzvü Zaal Udumaşvili verdi.

Onun dediyinə görə, dekabrın 11-də hərşeyə nöqtə qoyulacaq.

“Kiminsə parlamentə daxil olmaq istəyib-istəmədiyini dəqiq bilmirəm. Bu onların problemidir. Əsas odur ki, bütün müxalifət birləşib və dekabrın 11-də hərşeyə nöqtə qoyulacaq. Müxalifət öz mübarizəsinə davam edəcək. Siyasət sadəcə parlamentdə edilmir” – dedi Zaal Udumaşvili.

Onun dediyinə görə, dekabrın 11-də, deputatların hamısı mandatlarından imtina edəndən sonra, ölkədə tamamilə fərqli reallıq olacaq.

“Bugün hüquqşünaslarla konsultasiya keçirəcəyik ki, prosedur məsələrini pozmayaq. Aksiya və performans olmayacaq, ancaq çox maraqlı proseslər olacaq. Düşünürük ki, əsas aksiya və performans, bir partiyalı iqtidarın iclası başlayanda, televizorda olacaq,  – dedi Zaal Udumaşvili.