Yunanistanda mayın 4-dən bütün məhdudiyyətlər mərhələ şəklində ləğv olunacaq

Yunanistan iqtidarı karantin tədbirlərinin ləğv edilməsi üçün hazırlaşır.

Ölkədə bütün məhdudiyyətlər mərhələ şəklində qaldırılacaq.

Mayın 4-dən mağazalar və gözəllik salonları açılacaq.

Mayın 11-dən məktəblər açılacaq, ancaq ibtidai sinif şagirdləri üçün təhsil prosesi hələ başlamayacaq.

Yunanistanda koronavirusa yoluxanların sayı 2 490-dır.

Virus nəticəsində 130 nəfər həlak olub.