Yoav Qalant - Rafahda girovların xilas edilməsi üzrə xüsusi əməliyyat "HƏMAS"a qarşı mübarizədə dönüş nöqtəsidir, xüsusi əməliyyatlar davam edəcək
Yoav Qalant - Rafahda girovların xilas edilməsi üzrə xüsusi əməliyyat "HƏMAS"a qarşı mübarizədə dönüş nöqtəsidir, xüsusi əməliyyatlar davam edəcək

 
Rafahda girovların xilas edilməsi üzrə xüsusi əməliyyat “HƏMAS” terror qruplaşması ilə mübarizədə dönüş nöqtəsidir və bu xüsusi əməliyyatlar davam etdiriləcək-bu haqda İsrailin müdafiə naziri Yoav Qalant açıqlayıb.

“HƏMAS” həssasdır və orada istənilən yerə gedib hər şeyi etmək mümkündür. Orada hələ də girovlarımız var və onlara yaxınlaşmalıyıq. Ümid edirəm ki, onların əksəriyyətini bu şəkildə gətirməyəcəyik və razılaşma prosesləri ilə geri qaytaracağıq, amma daha neçə dəfə xilasetmə əməliyyatına ehtiyac olacaq və hansı şəraitdə, kim bilir?”, – deyə Qalant bildirib.

Xatırladaq ki, İsrailin Müdafiə Qüvvələri gecə saatlarında Rafah şəhərində keçirilən xüsusi əməliyyat nəticəsində iki israilli girovun azad edildiyini açıqlayıb. İsrailin Müdafiə Nazirliyinin məlumatına görə, azad edilən hər iki şəxs İsrail tibb mərkəzinə köçürülüb və onların sağlamlıq vəziyyəti qənaətbəxşdir.