Yerevanda hökumət əleyhinə aksiyada saxlanılanların sayı 98-ə yüksəlib, hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla 101 nəfər xəsarət alıb
Yerevanda hökumət əleyhinə aksiyada saxlanılanların sayı 98-ə yüksəlib, hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla 101 nəfər xəsarət alıb

 
Ermənistanın paytaxtı Yerevanda hökumət əleyhinə aksiyada saxlanılanların sayı 98-ə yüksəlib. Bu haqda erməni mediası Ermənistanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayır.

Məlum olduğu kimi, aksiyada polislər də daxil olmaqla 101 nəfər xəsarət alıb.

Dünən ölkənin baş naziri Nikol Paşinyanın deputatların suallarını cavablandırdığı Ermənistan Parlamentinin binası yaxınlığında aksiya keçirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçiləri parlamentin hasarından uzaqlaşdırmağa çalışıblar. Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası aksiya iştirakçılarının tələbi olub. Eyni zamanda aksiyanın iştirakçıları Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində birtərəfli güzəştlərə qarşı olduqlarını deyirdilər.