Yens Stoltenberq Ukraynaya xüsusi nümayəndə təyin edib
Yens Stoltenberq Ukraynaya xüsusi nümayəndə təyin edib

NATO-nun baş katibi Yens Stoltenberq britaniyalı Patrik Törneri Ukraynadakı xüsusi nümayəndə vəzifəsinə təyin edib.

Qeyd olunanla bağlı məlumatı “Reuters” agentliyi yayır.

“Əminəm ki, o, bu mühüm rolda üstün olacaq, çünki NATO Ukraynaya dəstəyini gücləndirməyə davam edir”, – Stoltenberq bildirib.

NATO-da bildirdiklərinə görə, Törner alyansın Kiyevdəki ofisinə rəhbərlik edəcək və NATO-nun Ukrayna hökuməti ilə əlaqələrinin koordinatoru kimi fəaliyyət göstərəcək.