Yens Stoltenberq - Ukraynanın Rusiyadakı hərbi obyektlərə zərbə endirmək hüququ var
Yens Stoltenberq - Ukraynanın Rusiyadakı hərbi obyektlərə zərbə endirmək hüququ var

Ukraynanın Rusiyadakı hərbi obyektlərə zərbə endirmək hüququ var. – Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, beynəlxalq hüquqa görə, Ukraynanın özünümüdafiə hüququ var.

“Bu müharibə Rusiya tərəfindən heç vaxt Rusiya üçün təhlükə olmayan dinc, demokratik qonşu ölkə olan Ukraynaya qarşı başladı. Rusiya Ukraynanı işğal edib, beynəlxalq hüququ pozur və Ukraynanı dağıtmaqda, öldürməkdə və əzab verməkdə davam edir. Ukraynanın özünü müdafiə etmək hüququ var. Bu, beynəlxalq hüquqda nəzərdə tutulub. Bundan əlavə, BMT-nin nizamnaməsində yazılıb ki, sizə hücum edilərsə, özünüzü müdafiə etmək hüququnuz var. Özünümüdafiə hüququna təcavüzkarın, bu halda Rusiyanın qanuni hərbi obyektlərinə hücum da daxildir. Deməli, heç şübhəsiz, Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə zərbə endirmək hüququ var”. – Stoltenberq dedi.