Yens Stoltenberq, Ukrayna tərəfindən Qərb silahlarından Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə edilməsinin NATO-nu münaqişənin bir hissəsinə çevirmədiyini bildirir
Yens Stoltenberq, Ukrayna tərəfindən Qərb silahlarından Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə edilməsinin NATO-nu münaqişənin bir hissəsinə çevirmədiyini bildirir

 
Ukrayna Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə edərsə, bu, NATO-nu münaqişənin bir hissəsinə çevirmir-bu haqda NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə müdafiə nazirlərinin görüşü başlamazdan əvvəl deyib.

“Ukraynaya silah tədarük etməyimiz faktı NATO-nu münaqişənin bir hissəsinə çevirmir. Münaqişə tərəfinə çevrilmədən Ukraynanı dəstəkləmək hüququmuz var, çünki biz Ukraynaya özünümüdafiə hüququnu müdafiə etməkdə kömək edirik. Bəzi müttəfiqlər heç vaxt Ukraynanın təchiz edilmiş silahlardan necə istifadə edə biləcəyinə məhdudiyyət qoymayıb. Ukraynaya silah verəndə bu artıq Ukraynanın silahıdır. Bunlar milli qərarlardır” – Yens Stoltenberq açıqlayıb.

Yens Stoltenberqin izahatına görə, bu müharibəni Rusiya başladıb və Ukrayna beynəlxalq hüquqa əsasən özünü müdafiə etmək hüququna malikdir və bu hüquq Ukraynadan kənarda, Rusiya ərazisində qanuni hərbi hədəflərə hücumları da əhatə edir.

“Hazırda ən ağır döyüşlər Xarkov bölgəsində, Ukrayna-Rusiya sərhədinə yaxın ərazidə gedir və sərhədin bir hissəsi, təbii ki, cəbhə xəttidir. Müvafiq olaraq, sərhədin o tayındakı hərbi hədəflərə zərbə endirə bilməsələr, ukraynalılar üçün özlərini müdafiə etmək çətin olacaq” – NATO-nun baş katibi deyib.