Yens Stoltenberq - Son aylarda Ukraynaya vəd etdiyimizi verməmişik, ABŞ yardım paketinin razılaşdırılmasına 6 ay sərf etdi, bir milyon mərmi vəd edən Avropa İttifaqı heç nə verməyib
Yens Stoltenberq - Son aylarda Ukraynaya vəd etdiyimizi verməmişik, ABŞ yardım paketinin razılaşdırılmasına 6 ay sərf etdi, bir milyon mərmi vəd edən Avropa İttifaqı heç nə verməyib

 
NATO-nun baş katibi Yens Stoltenberq, müttəfiqlərin Ukraynaya vəd etdikləri yardımı tədarük etmədiklərini bildirib.

“Problem ondadır ki, biz son aylarda Ukraynaya vəd etdiyimizi verməmişik. ABŞ yardım paketinin razılaşdırılmasına 6 ay sərf etdi, bir milyon mərmi vəd edən Avropa İttifaqı heç nə verməyib və bu miqdara yaxın belə deyil” – Stoltenberq açıqlayıb.

Stoltenberq, Ukraynaya əlavə olaraq bir “Patriot” sistemi verən Almaniya istisna olmaqla, müttəfiqlərin hava hücumundan müdafiə ilə bağlı vədlərini yerinə yetirmədiklərini deyib. O, bu “nöqsanlar, gecikmələr”in Ukraynada müəyyən nəticələrə səbəb olduğunu və Ukrayna ərazilərinin müdafiəsinin getdikcə daha da çətinləşdiyini bildirib.

“Məhz bu səbəbdən hazırda döyüş meydanında vəziyyət ağırdır. Biz hava və raket hücumlarının səbəb olduğu nəticələri görürük” – Yens Stoltenberq deyib.

Yens Stoltenberq bildirib ki, müttəfiqlər Ukraynaya dəstəyi gücləndirməlidirlər.