Yens Stoltenberq bəyan edir ki, Ukraynanın əks-hücumunun müharibədə həlledici olub-olmayacağına dair nəticə çıxarmaq hələ tezdir
NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, Ukraynanın əks-hücumunun müharibədə həlledici olub-olmayacağı ilə bağlı nəticə çıxarmaq hələ tezdir.
“Biz hələ bilmirik ki, bu müharibədə mühüm bir an olacaq, ya yox. Ukrayna nə qədər çox uğur qazanarsa, onların əli danışıqlar masasında bir o qədər möhkəm olar”, – Stoltenberq mətbuat konfransında bildirib.
Bununla yanaşı, NATO-nun baş katibi əlavə edib ki, Ukrayna qoşunları döyüş meydanında getdikcə daha çox uğur qazanır və daha çox işğal olunmuş əraziləri azad edir.