Yens Stoltenberq - Ballistik raket hücumlarını aşkar etmək və dayandırmaq üçün Polşada yaradılmış ABŞ-ın yeni hava hücumundan müdafiə bazası fəaliyyət göstərməyə hazırdır
Yens Stoltenberq - Ballistik raket hücumlarını aşkar etmək və dayandırmaq üçün Polşada yaradılmış ABŞ-ın yeni hava hücumundan müdafiə bazası fəaliyyət göstərməyə hazırdır

 
Ballistik raket hücumlarını aşkar etmək və dayandırmaq üçün Polşada yaradılmış ABŞ-ın yeni hava hücumundan müdafiə bazası fəaliyyət göstərməyə hazırdır-bu haqda NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Şimali Atlantika Alyansının rəhbəri, artan ballistik raket təhlükəsi fonunda bazanın hazır olmasının transatlantik təhlükəsizlik üçün mühüm addım olduğunu bildirib.

“Müdafiə ittifaqı olaraq biz bu təhlükəni göz ardı edə bilmərik. Raketdən müdafiə NATO-nun əsas kollektiv müdafiə vəzifəsi üçün vacib elementdir”- Stoltenberq qeyd edib.

Qısa və orta mənzilli ballistik raketləri zərərsizləşdirə bilən ABŞ-ın yeni bazası Polşanın Redzikovo şəhərində yaradılıb.