Yens Stoltenberq - 2008-ci ildə Gürcüstanın istilasından sonra da biz Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışdıq
Yens Stoltenberq - 2008-ci ildə Gürcüstanın istilasından sonra da biz Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışdıq

 
2008-ci ildə Gürcüstanın istilasından sonra da Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışdıq, 2022-ci ilin yanvarında belə NATO-Rusiya Şurası çərçivəsində görüşdük, lakin qonşu ölkəyə müdaxilə edəndə mənalı dialoq üçün məkan demək olar ki, yoxa çıxdı – bu haqda NATO-nun baş katibi Yens Stoltenberq vida çıxışından sonra keçirilən müzakirə zamanı bildirib.

“İnanıram ki, soyuq müharibədən sonra qonşumuz Rusiya ilə daha yaxşı münasibətlər qurmağa çalışmaq cəhdi tamamilə doğru idi. Sual budur ki, bunun işləmədiyi nə vaxt məlum oldu? 2008-ci ildə Rusiya tərəfindən Gürcüstanın istilasından sonra da biz səy göstərdik, Rusiya ilə münasibətlərimizi yaxşılaşdırmağa çalışdıq. Rusiyanın genişmiqyaslı müdaxilə planlaşdırdığını bildiyimiz 2022-ci ilin yanvarında belə NATO-Rusiya Şurası çərçivəsində görüşdük ki, bu müharibəni dəf etmək üçün son diplomatik səy göstərməyə çalışaq. Biz həqiqətən Rusiyanı siyasi cəhətdən cəlb etməyə və siyasi dialoq qurmağa çalışdıq. Lakin onlar qonşu ölkəyə genişmiqyaslı müdaxilə edərək, minlərlə insanı qətlə yetirəndə, şəhərləri, mülki infrastrukturu bombalayanda təbii ki, mənalı dialoq məkanı demək olar ki, yoxa çıxdı. Bunun fonunda prezident Zelenskinin dediyi kimi, müəyyən mərhələdə Rusiya ilə müəyyən danışıqlar aparılmalıdır və o dedi ki, Rusiya sülh prosesinin bir hissəsi olmalıdır, çünki sonda düşmənlərinizlə həll yolu tapmalısınız” – Stoltenberq bildirib.

Bununla yanaşı, o qeyd edib ki, Rusiya ilə danışıqlar üçün məqbul şərtlərin nədən ibarət olduğunu Ukrayna müəyyən etməlidir.