Yeni konstitusiya dəyişikliklərinin ümumi xalq müzakirələrinin təşkilatçı qrupunun üzvlərinin kimliyi artıq məlumdur 
Yeni konstitusiya dəyişikliklərinin ümumi xalq müzakirələrinin təşkilatçı qrupunun üzvlərinin kimliyi artıq məlumdur 

Yeni konstitusiya dəyişikliklərinin ümumi xalq müzakirələrinin təşkilatçı qrupunun üzvlərinin kimliyi artıq məlumdur.

Gürcüstan parlamentinin qərarı ilə, qrupda: parlamentin sədri İrakli Kobaxidze, komisiyanın sədri, parlament sədrinin birinci müavini Tamar Çuqoşvili, parlament sədrinin müavini İrma İnaşvili, Parlament əksəriyyətinin lideri Arçil Talakvadze, Fraksiya “Gürcü Arzusunun” sədri Mamuka Mdinaradze; parlamentin müstəqil deputatı Salome Zurabişvili, mütəxəssis Vasil Qonaşvili, parlament sədrinin yardımçısı Tenqiz Şarmanaşvili, “Rezonans” qəzetinin baş redaktoru Laşa Tuğuşi, Parlament sədrinin kabinetinin baş mütəxəssisi Tornike Çeişvili.

Komisiyanın tərkibində “Milli Hərəkat” partiyasının və “Avropa Gürcüstanının” üzvləri yoxdur, çünki onlar bu prosesdə iştirak etməkdən imtina etdilər.