Yeni il işıqlarının quraşdırılması ilə əlaqədar Rustaveli prospektində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Yeni il işıqlarının quraşdırılması ilə əlaqədar Rustaveli prospektində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

 
Dekabrın 12-si və 13-ü saat 00:00-dan 06:00-a kimi Rustaveli prospektində, Birinci Respublika meydanından Azadlıq meydanına kimi olan yol hissəsində Yeni il işıqlarının quraşdırılması ilə əlaqədar avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Məlumatı Tbilisi Meriyası yayır.

“Nəqliyyat vasitələri üçün Leonidze, İnqoroğva, Aleksandre Çavçavadze, Qriboedov, Barataşvili və Tabukaşvili küçələri ilə hərəkət mümkün olacaq; Melikişvili prospektindən Mtatsmindanın geridə qalan hissəsinə nəqliyyatın hərəkətinə Canaşia, Tarxnişvili, Tatişvili, Çovelidze, Zandukeli küçələrindən keçməklə, sonra isə Barnovi, Qoqebaşvili və Kakabadzeebi küçələrindən istifadə etməklə icazə veriləcək.

Mtatsminda rayonunun digər küçələrindən Melikişvili prospektinə və “Rustaveli” metrostansiyasının ərazisinə hərəkət Qriboedov, Mağaşvili, Barnovi və Şanidze küçələrindən keçməklə mümkün olacaq. Azadlıq meydanında isə hərəkət yalnız Rustaveli prospekti istiqamətində məhdudlaşdırılacaq.

“Rustaveli” metrostansiyasının ərazisindən Azadlıq meydanına hərəkət edən avtomobillər Rustaveli prospektində, Zeytun ağacının yanından dönərək Mixeil Cavaxişvili küçəsi və Kürün sağ sahili ilə hərəkət edəcəklər” – Tbilisi Meriyasının məlumatında qeyd olunur.