Yəmənli şiə “husilər” İsrail istiqamətində ballistik raketlər atıb
Yəmənli şiə “husilər” İsrail istiqamətində ballistik raketlər atıb

Yəmənli şiə “husilər” İsrail istiqamətində ballistik raketlər atıb.

“Husilər”in açıqlamasında bildirilir ki, raket hücumunun hədəfi İsrailin cənubunda yerləşən Eylat şəhəri olub.

Eyni zamanda İsrail Müdafiə Qüvvələri “Husilər”in atdığı ballistik raketləri İsrailin hava hücumundan müdafiə sistemi “Arrow 3” vasitəsi ilə zərərsizləşdirdiyi barədə məlumat yayıb.

İsrail mediası ballistik raketlərin ölkənin hava məkanından kənarda məhv edildiyini yazır. Arrow 3 sistemi ballistik raketləri hələ atmosferin yuxarı hissəsində olarkən tutmaq üçün nəzərdə tutulub.