Yeddi futbolçu “Dinamo Tbilisi”ni tərk edib #1TVSPORT
Yeddi futbolçu “Dinamo Tbilisi”ni tərk edib #1TVSPORT

 
“Dinamo Tbilisi” yeni mövsümə yenilənmiş tərkiblə toplanacaq və artıq yeddi futbolçu komandanı tərk edib – klubun veb-səhifəsi məlumat yayır.

“Komanda bir neçə günə toplanaraq yeni mövsümün hazırlığına başlayacaq, birinci mərhələ Tbilisidəki təlim-məşq bazasına, ikinci hissə isə Türkiyə görüşünə həsr olunacaq.

Mövsümün bərpasına qədər komandada çoxlu yeniliklər olacaq, amma buna qədər bir neçə futbolçu ilə vidalaşdıq. Qarşılıqlı razılaşma əsasında Zoran Maruşiç, Qaqi Marqvelaşvili, Musa Sanqares və Denis Buşniya ilə müqaviləyə xitam verilib. Futbolçular azad agent statusu ilə klubu tərk ediblər.

Onlarla yanaşı, Luka Lakvexeliani və Vato Arveladze də karyeralarını Tbilisi klubunda davam etdirməyəcəklər. Onların hər ikisinin “Dinamo” ilə müqaviləsi başa çatmışdı. Qiorqi Xaraişviliyə gəlincə, onun icarə müqaviləsi başa çatıb və müvafiq olaraq yarımmüdafiəçi macar klubuna qayıdıb” – “Dinamo”nun açıqlamasında yazılıb.