Xüsusi Təyinatlı Kvalifikasiya Proqramı başa çatdı
Xüsusi Təyinatlı Kvalifikasiya Proqramı başa çatdı

 
Manavi Təlim Bazasında Xüsusi Əməliyyatlar Komandanlığının – Xüsusi Təyinatlı Kvalifikasiya Proqramının növbəti axınının buraxılış mərasimi keçirilib. Məlumatı Müdafiə Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, xüsusi əməliyyatların komandanı, polkovnik Teimuraz Ğlateişvili məzunlara sertifikatlar verib və onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.

“Xüsusi Təyinatlı Kvalifikasiya Proqramı kiçik bölmələrin taktikası, çarpaz hazırlıq, mütəxəssislərin hazırlığı, planlaşdırma prosesi və xülasə təlim daxil olmaqla bir neçə moduldan ibarət idi. Proqram çərçivəsində iştirakçılar yanğın, aeromobil, tibb və mühəndislik hazırlığından da keçdilər” – məlumatda qeyd olunub.