Xilasedicilər Svanetidə Enquri çayında ikinci şəxsin cəsədini tapıblar
Xilasedicilər Svanetidə Enquri çayında ikinci şəxsin cəsədini tapıblar. Bu haqda Sameqrelo-Zemo Svaneti qubernatorunun müavini Nino Vibliani Gürcüstanın Birinci Kanalına deyib.
Vibliani həm xilasedicilər, həm də yerli əhalinin iştirakı ilə üçüncü şəxsin axtarışlarının davam etdiyini bildirib.
Xilasedicilər çayda apardıqları axtarış-xilasetmə tədbirləri nəticəsində mayın 5-də birinci şəxsin cəsədini tapıblar.
Mayın 2-də Mestia Munisipalitetinin Nakra kəndi yaxınlığında minik avtomobili Enquri çayına düşüb. Avtomobildə üç nəfər olub.