Xersonun Vilayət Administrasiyasının rəhbəri, ötən sutka ərzində Rusiyanın hücumu nəticəsində vilayətdə 7 nəfərin yaralandığı haqda məlumat verir
Xersonun Vilayət Administrasiyasının rəhbəri, ötən sutka ərzində Rusiyanın hücumu nəticəsində vilayətdə 7 nəfərin yaralandığı haqda məlumat verir

 
Ukraynanın Xerson vilayətində ötən sutka ərzində Rusiyanın hücumu nəticəsində 7 nəfər yaralanıb.

Bu barədə məlumatı Xersonun Vilayət Administrasiyasının rəhbəri Aleksandr Prokudin yayır.

Onun verdiyi məlumata əsasən, Rusiyanın hücumlarının hədəfi Xerson şəhəri də daxil olmaqla 15-ə yaxın yaşayış məntəqəsi olub. Mülki obyektlərə, o cümlədən 30 fərdi evə, avtomobillər və qaz xəttinə ziyan dəyib.

Bununla yanaşı, Ukraynanın Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, ötən gecə Rusiya Ukrayna, xüsusən də Sumi vilayəti istiqamətində “Shahed” tipli səkkiz dron, eləcə də “X-69” aviasiya raketi buraxıb. Ukrayna tərəfinin məlumatına əsasən, 7 pilotsuz uçuş aparatı vurulub, raket isə hədəfə çata bilməyib.