Xavier Kolomina NATO baş katibinin Cənub Qonşuluğu üzrə xüsusi nümayəndəsi təyin ediləcək
Xavier Kolomina NATO baş katibinin Cənub Qonşuluğu üzrə xüsusi nümayəndəsi təyin ediləcək

 
Xavier Kolomina NATO baş katibinin Cənub Qonşuluğu üzrə xüsusi nümayəndəsi təyin ediləcək.

Bu haqda NATO-nun mətbuat xidməti elan edib.

Xavier Kolomina NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi katibi vəzifəsində işləyirdi.

“Yaxın Şərq, Şimali Afrika və Sahel bölgələri Alyansımız üçün vacibdir. Xavier Kolomina NATO tərəfdaşları ilə böyük iş təcrübəsinə malikdir. Onun təyinatı NATO-nun Cənubdakı mühüm işini daha da gücləndirəcək” – NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Kolominanın özünün “X” sosial şəbəkəsində yazdığı kimi, yeni vəzifəyə təyin olunması onun üçün şərəfdir.

“NATO-nun Cənubda səylərinin əlaqələndirilməsini, gücləndirilməsini və NATO-nun regionla tərəfdaşlığının möhkəmləndirilməsini səbirsizliklə gözləyirəm” – Xavier Kolomina yazır.