Xatia Dekanoidze – Tezliklə sanksiyalar olacaq, "Gürcü Arzusu"nun konkret nümayəndələrinin ailə üzvlərinə ABŞ vizalarının ləğvi ilə bağlı artıq bildirişlərin göndərilməsi haqda məlumatım var
Tezliklə sanksiyalar olacaq, “Gürcü Arzusu”nun konkret nümayəndələrinin ailə üzvlərinə ABŞ vizalarının ləğvi ilə bağlı artıq bildirişlərin göndərilməsi haqda məlumatım var – bu haqda müxalifətçi deputat Xatia Dekanoidze açıqlayıb.
O, bu məlumatın tezliklə yayılacağını bildirib.
“Əlbəttə, konkret heç nəyin adını çəkməyəcəyəm, lakin Amerika Birləşmiş Ştatlarının vizalarının ləğvi ilə bağlı məlumat Dövlət Departamentinin lazım bildiyi “Gürcü Arzusu”ndan olan bütün insanlara çox yaxında çatacaq. Zorakılıqda iştirak edən və zorakılığı təşkil edən hər kəsə qarşı sanksiyalar tətbiq olunacaq”- deyə Xatia Dekanoidze açıqlayıb.
Xatia Dekanoidze, “Şəffaflıq haqqında” qanunun Konstitusiya Məhkəməsinə şikayət edildiyini və hər bir hakimin Gürcüstan vətəndaşları qarşısında ciddi məsuliyyət daşıdığını bildirib.
“Həmçinin, ən önəmlisi- Konstitusiya Məhkəməsi. “Rus qanunu” Konstitusiya Məhkəməsinə şikayət edilib. Konstitusiya Məhkəməsinin hakimlərinin üzərinə böyük məsuliyyət düşür. Konstitusiya Məhkəməsinin hakimləri “Rus qanunu”nun faktiki olaraq Gürcüstan Konstitusiyasına uyğunlaşdırılması cəhdini nəzərdə tutan qərar qəbul edərlərsə, bu, Gürcüstan Parlamentində 84 deputatın verdiyi qərarla eyni olacaq. Konstitusiya Məhkəməsinin hər bir hakimi, o cümlədən Turava Gürcüstan vətəndaşları qarşısında ciddi məsuliyyət daşıyır”- Xatia Dekanoidze açıqlayıb.