Xatia Dekanoidze - Qlobal Müharibə Partiyasının nümayəndələrinin kim olduğu haqda heç nə deyə bilmirlər, bu sadəcə cəfəngiyyatdır
Qlobal Müharibə Partiyasının nümayəndələrinin kim olduğu haqda heç nə deyə bilmirlər, bu sadəcə cəfəngiyyatdır- bu haqda müxalifətçi deputat Xatia Dekanoidze deyib.
Dekanoidze, baş nazir İrakli Kobaxidzenin heç bir sübut təqdim edə bilmədiyini söyləyib.
“Bu bəyanatlar o qədər cəfəngdir ki, İrakli Kobaxidze heç bir sübut təqdim edə və soyadları çəkə bilmədi. Qlobal Müharibə Partiyasının nümayəndələrinin kim olduğu haqda heç nə deyə bilmirlər, bu sadəcə cəfəngiyyatdır. Fakt təqdim edə bilməmələri və təqdim edə bilməyəcəkləri bütün bunların cəfəngiyyat olduğunu üzə çıxarır, çünki bu, sadəcə olaraq ictimaiyyəti inandırmağa çalışdıqları Bidzina İvanişvilinin qorxularıdır”- Xatia Dekanoidze bildirib.