"Washington Post" - İsrail və "HƏMAS" girovların azad edilməsi və atəşkəs razılaşmasının çərçivəsi barədə razılaşıblar
"Washington Post" - İsrail və "HƏMAS" girovların azad edilməsi və atəşkəs razılaşmasının çərçivəsi barədə razılaşıblar

 
İsrail və “HƏMAS” girovların azad edilməsi və atəşkəs razılaşmasının çərçivəsi barədə razılaşıblar və onun həyata keçirilməsinin təfərrüatları ilə bağlı danışıqlar aparırlar-bu haqda məlumatı “Washington Post” yayır.

Nəşrə əsasən, Fələstin hakimiyyəti tərəfindən dəstəklənən qüvvələrin Qəzzanın “müvəqqəti idarəçiliyini” həyata keçirməsi ilə bağlı hər iki tərəfin razılığına nail olunması sazişin ikinci mərhələsində əsas addım idi. Bu plana əsasən, nə “HƏMAS”, nə də İsrail Qəzza sektorunun idarə edilməsi prosesində iştirak edəcək.

Nəşrə əsasən, çərçivənin olmasına baxmayaraq, yekun razılaşma ehtimal ki qaçılmaz deyil və bütün detalların müəyyən edilməsinə vaxt lazımdır.

“Washington Post”a əsasən, “HƏMAS”ın girovluqda qalan kişi əsgərləri azad edəcəyi və hər iki tərəfin “İsrail qüvvələrinin Qəzzadan tam çıxarılması ilə” “döyüş əməliyyatlarının daimi olaraq dayandırılmasına” razılaşacağı ikinci mərhələyə keçid əngəl olub.

Plana əsasən, Qəzza sektorunda təhlükəsizlik ABŞ tərəfindən təlim keçmiş və ərəb ölkələrinin dəstəklədiyi qüvvələr tərəfindən təmin ediləcək.

“HƏMAS” vasitəçilərə müvəqqəti idarəçilik üçün hakimiyyəti təhvil verməyə hazır olduğunu deyib.