"Washington Post" - Barak Obama və Nensi Pelosi Co Baydenin seçkilərdə iştirak etmək qərarına yenidən baxması gərəkdiyini hesab edirlər
"Washington Post" - Barak Obama və Nensi Pelosi Co Baydenin seçkilərdə iştirak etmək qərarına yenidən baxması gərəkdiyini hesab edirlər

 
ABŞ-ın sabiq prezidenti Barak Obama və ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosi ABŞ Prezidenti Co Baydenin seçkilərdə iştirak etmək qərarına yenidən baxması gərəkdiyini hesab edirlər. Bu haqda “Washington Post” yazır.

Nəşrdə qeyd olunub ki, Barak Obama Co Baydenin namizədliyi ilə bağlı narahatlığını demokratların yanında şəxsən ifadə edib, Nensi Pelosi isə Baydenə mübarizədən çəkilməsə demokratların Nümayəndələr Palatasına nəzarət şansını itirə biləcəyi haqda şəxsən xəbərdarlıq edib.

“Washington Post”un anonim mənbəsinin verdiyi məlumata əsasən, Obama müttəfiqlərinə Baydenin qələbə şanslarının xeyli azaldığını deyib və hesab edir ki, prezident öz namizədliyini geri götürmək imkanını ciddi şəkildə nəzərdən keçirməlidir.