"Wall Street Journal" - İlon Mask Donald Trampın seçki kampaniyasını milyonlarla dollarla maliyyələşdirəcək
"Wall Street Journal" - İlon Mask Donald Trampın seçki kampaniyasını milyonlarla dollarla maliyyələşdirəcək

 
Milyarder İlon Mask Donald Trampın seçki kampaniyasını milyonlarla dollarla maliyyələşdirəcək. “Wall Street Journal”ın yazdığı kimi, Mask Trampın kampaniyasına hər ay 45 milyon dollar ianə verməyə hazırdır.

Mask bu vəsaiti siyasi fəaliyyət komitəsi olan “America PAC”a köçürəcək. Bundan əvvəl “Bloomberg” agentliyi Maskın artıq gizli şəkildə bu təşkilata xeyli məbləğdə pul köçürdüyünü yazmışdı.

“Bloomberg”in yazdığı kimi, “Amerika PAC”ın Donald Trampın seçki qərargahı ilə birbaşa əlaqəsi yoxdur, lakin sabiq ABŞ prezidentinin xeyrinə pərdə arxasında işləyir. Xüsusilə, seçicilərin təşviqatını aparır və materialların mediada yerləşdirilməsinə nəzarət edir.

“Wall Street Journal”ın məlumatına əsasən, “Amerika PAC” dırnaqarası tərəddüdlü ştatlarda seçiciləri qeydə alır və onları səsvermə gününə qədər, noyabrın 5-dək öz seçimlərini qeyd etməyə çağırır.

ABŞ-da siyasi fəaliyyət komitəsini prezidentliyə namizədlərin seçki kampaniyalarını maliyyələşdirən donorları birləşdirən təşkilat adlandırırlar. Bu komitələrə köçürüləcək vəsaitin miqdarı məhdud deyil.