Volodimir Zelenski Rusiyanın Ukraynada müharibəyə başqa ölkələrlə razılaşaraq başladığını güman edir
Volodimir Zelenski Rusiyanın Ukraynada müharibəyə başqa ölkələrlə razılaşaraq başladığını güman edir

 
Ukraynanın Prezidenti Volodimir Zelenski güman edir ki, Rusiya başqa ölkələrlə razılaşaraq Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb, lakin o hesab edir ki, bu tərəfdaşlar tərəfindən Ukraynaya “tam xəyanət” olardı.

Zelenski sözügedən bəyanatı “New York Times”a müsahibəsində verib.

“Bu, balanssızdır, çünki ağlı başında olan insan başqa dövlətə qarşı genişmiqyaslı müharibəyə başlamazdı. Putin ya dəlidir, ya da buna görə cəzalandırılmayacağını bilirdi, bu isə o deməkdir ki, başqa ölkələrlə müəyyən dialoq ola bilər. Bunu müzakirə etmək belə istəmirəm, çünki o zaman bu, tərəfdaşlıq deyil, arxamızdan iş çevirmək və tam xəyanətdir. Belə ki, gəlin düşünək, onun heç bir razılaşması yox idi və heç kimin Ukraynanı qorumayacağına və bizi əsir edərək, məhv edə biləcəyinə qərar verən sadə bir insandır” – deyə Zelenski açıqlayıb.

Zelenski qeyd edib ki, “hamı Rusiya ilə qapını bir qədər açıq qoyur, lakin 2014-cü ildən sonrakı qədər açıq deyil”.

“Bir çox lider bu qapını bir az açıq qoydu və düşünürdü: “Sabah nə olacaq?” Sabahkı günün şansını birtəhər tapmalıyıq. Ukrayna müharibəni uduzsa nə olacaq? Biz Rusiyaya qapını bağlamamalıyıq”- deyə Zelenski açıqlayıb.

Bununla yanaşı, Zelenski hesab edir ki, Putin nüvə silahından istifadə etmək niyətində olsaydı, genişmiqyaslı müharibənin birinci ilində, Ukraynanı fəth edə bilməyəndə ondan istifadə edərdi.

“O, nüvə silahından balanslı biri olduğu üçün deyil, həyatını çox sevdiyi üçün istifadə etmədi. Nüvə silahından istifadə edəcəyi təqdirdə qapının tamamilə bağlanacağını başa düşür. Həyatı sevir. Beləliklə birinci ildə nüvə silahından istifadə etmədi, əməllərini davam etdirir və sanksiyalar qüvvədədir. İndi Qərb liderləri Rusiya ilə müharibənin mümkün eskalasiya riskini aradan necə qaldırmaq barədə düşünməyə başlayırlar, lakin Ukraynadakı qırğından daha böyük eskalasiya nə ola bilər?”- deyə Zelenski qeyd edib.