Volodimir Zelenski - Polşa hökuməti F-16 tipli təyyarələrinin Ukraynaya çatdırılmasını sürətləndirmək qərarı qəbul etdi
Volodimir Zelenski - Polşa hökuməti F-16 tipli təyyarələrinin Ukraynaya çatdırılmasını sürətləndirmək qərarı qəbul etdi

Ukrayna prezidenti Volodimir Zelenskinin bildirdiyinə görə, Polşa hökuməti F-16 tipli təyyarələrinin Ukraynaya çatdırılmasını sürətləndirmək qərarı qəbul etdi.

Ukrayna prezidenti qeyd etdi ki, o, Polşanın baş naziri Donald Tusk ilə Böyük Britaniyada keçirilən Avropa İttifaqı sammitində “Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsini müzakirə etmək üçün” görüşdü.

Volodimir Zelenski nə qərardan danışdığını dəqiqləşdirməyib, bununla yanaşı, Polşa hökuməti də ictimai elan etməyib.

Polşa mediası bu razılaşmanın logistik məsələlərlə əlaqəsi ola biləcəyini ehtimal edir.

Məlumat üçün bildirək ki, “Bloomberg”in yazdığı kimi, Ukrayna bu yay qərb tərəfdaşlarından altı “F-16” tipli təyyarə və ilin sonuna qədər isə ümumilikdə 20 təyyarə alacaq.