Volodimir Zelenski - ötən gecə Rusiya ərazisində çox mühüm nəticə qeydə alınıb, məhz belə şeylər düşməni zəiflədir
Volodimir Zelenski - ötən gecə Rusiya ərazisində çox mühüm nəticə qeydə alınıb, məhz belə şeylər düşməni zəiflədir

Ötən gecə Rusiya ərazisində çox mühüm nəticə qeydə alınıb, – bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Onun söylədiyinə görə, ötən gecə Rusiya ərazisindəki döyüş sursat anbarlarına həyata keçirilən hücum çox effektiv olub.

“İlk növbədə bizim döyüşçülərimizə təşəkkür etmək istəyirəm. Ötən gecə Rusiya ərazisində çox mühüm nəticə müşahidə olundu, məhz belə şeylər düşməni zəiflədir. Bu işdə iştirak edən hər kəsə təşəkkür edirəm. Belə dəqiqlik ilhamvericidir”, – deyə Zelenski bildirib.

Ukrayna Prezidenti Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirskinin məruzələrindən, xüsusilə Kursk vilayətində vəziyyətin dəyişməsi ilə bağlı danışıb.

Bununla yanaşı, Zelenski qələbə planının tam hazır olduğunu bildirib.

“Bütün məqamlar, bütün əsas məqamlar, hər şey hazırlanıb. İndi əsas məsələ bu planı həyata keçirmək qərarıdır”, – deyə Zelenski bildirib.