Volodimir Zelenski - dünya Kremli danışıqlar masasına oturtmaq üçün Rusiyaya təzyiq etməlidir
Volodimir Zelenski - dünya Kremli danışıqlar masasına oturtmaq üçün Rusiyaya təzyiq etməlidir

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, dünya Kremli danışıqlar masasına oturtmaq üçün Rusiyaya təzyiq göstərməlidir.

O, bu barədə “BBC”yə müsahibəsində bildirib.

“Bu o demək deyil ki, bütün ərazilər zorla geri qaytarılacaq. Düşünürəm ki, diplomatiyanın gücü bizə kömək edə bilər”, – deyə Zelenski bildirib.

Ukrayna prezidentinin fikrincə, döyüş meydanında zəifləmiş Rusiya Ukraynanı danışıqlar masası arxasında xeyli güclü edəcək.

“Rusiyaya təzyiq göstərməklə mən hesab edirəm ki, diplomatik nizamlanma üzrə razılığa gəlmək olar”, – deyə Zelenski bildirib.