Volodimir Zelenski - Böyük Britaniyanın Ukraynaya prinsipial və sarsılmaz dəstəyini bir daha təsdiqlədiyi üçün Baş nazir Starmerə minnətdaram
Volodimir Zelenski - Böyük Britaniyanın Ukraynaya prinsipial və sarsılmaz dəstəyini bir daha təsdiqlədiyi üçün Baş nazir Starmerə minnətdaram

Böyük Britaniyanın baş naziri Key Starmer və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub. Bu barədə Zelenski sosial şəbəkədə yazıb.

Zelenskinin sözlərinə görə, o, Starmeri baş nazir seçilməsi münasibətilə təbrik edib və ona Britaniya xalqının ümidlərini doğrultmaqda uğurlar arzulayıb.

“Mən Böyük Britaniyanın Ukraynaya prinsipial və sarsılmaz dəstəyini bir daha təsdiqlədiyi üçün Baş nazir Starmerə minnətdaram”. – Zelenski sosial şəbəkədə yazır.

Bundan əlavə, tərəflər gələcək əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

“Biz tərəfdaşlığımızı gücləndirmək yollarını, o cümlədən Ukrayna və Böyük Britaniya arasında görünməmiş 100 illik tərəfdaşlıq sazişinin hazırlanmasını müzakirə etdik”. – Ukrayna prezidentinin yaydığı bəyanatda deyilir.