Volodimir Zelenski bildirir ki, növbəti sülh sammitində Rusiya təmsil olunmalıdır
Volodimir Zelenski bildirir ki, növbəti sülh sammitində Rusiya təmsil olunmalıdır

Volodimir Zelenski bildirir ki, növbəti sülh sammitində Rusiya təmsil olunmalıdır.

Bu barədə Ukrayna prezidenti Kiyevdə keçirdiyi mətbuat konfransında bəyanat verdi.

Zelenskinin söylədiyinə görə, növbəti sülh sammitinin planı noyabr üçün hazır olmalıdır və bu məqsədlə Ukraynanın “sülh formulu”nun bəndlərinin müzakirəsinə həsr olunacaq üç görüşün keçirilməsi planlaşdırılıb.

Volodimir Zelenskinin izahatına görə, ilk görüş enerji təhlükəsizliyinə həsr olunacaq və o, iyulun sonu və ya avqustun əvvəlində Qətərdə baş tutacaq. Həmçinin avqustda Türkiyədə görüş keçiriləcək və orada naviqasiya və ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunacaq.

Sentyabrda isə Kanadada danışıqlar baş tutacaq, orada girovların dəyişdirilməsi və deportasiya edilənlərin qaytarılması mövzusunu müzakirə edəcəklər.

Sözügedən üç bəndi müzakirə etdikdən sonra, əgər bu işləsə, sülh formulunun bütün bəndlərinin həyata keçirilməsi planı hazır olacaq”, – deyə Zelenski bildirib.

Məlumat üçün bildirək ki, iyulun 10-da “Bloomberg” yazıb ki, Ukrayna Rusiya ilə hərbi münaqişənin sülh yolu ilə ədalətli həlli məqsədilə ABŞ-da planlaşdırılan prezident seçkiləri öncəsi daha bir konfrans keçirmək istəyir və bu görüşə Kiyev Rusiya nümayəndə heyətini dəvət etmək istəyir. Rusiyada isə deyirlər ki, ukraynalı sülh sammiti kimi tədbirlərdə iştirak etməyi planlaşdırmırlar.