Volodimir Zelenski - 27 ölkənin hamısının Ukraynaya maliyyə yardımı barədə qərar qəbul etməsi vacibdir, bu, Avropa İttifaqının güclü birliyini bir daha sübut edir
Volodimir Zelenski - 27 ölkənin hamısının Ukraynaya maliyyə yardımı barədə qərar qəbul etməsi vacibdir, bu, Avropa İttifaqının güclü birliyini bir daha sübut edir

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının makromaliyyə yardımı şəklində 50 milyard avro ayırması qərarına münasibət bildirir.

Ukrayna lideri 2024-2027-ci illərdə ölkəyə 50 milyard avro yardım göstərəcək Ukraynaya Yardım Fondunun yaradılmasına görə Avropa Şurasının Prezidenti Şarl Mişel və üzv dövlətlərin rəhbərlərinə təşəkkür edir.

“27 ölkənin hamısının bu qərarı qəbul etməsi çox vacibdir. Bu, Avropa İttifaqının güclü birliyini bir daha sübut edir. Ukraynaya maliyyə yardımı ölkənin iqtisadi və maliyyə sabitliyini gücləndirəcək, bu da hərbi yardım və Rusiyaya sanksiya təzyiqindən heç də az əhəmiyyət kəsb etmir”- Zelenski yazır.

Avropa İttifaqı Ukraynaya maliyyə yardımı şəklində 50 milyard avro ayrılması məsələsini təsdiqləyib.