Volqoqradda qatarın yük avtomobili ilə toqquşması nəticəsində yaralananların sayı 140-dək artıb
Volqoqradda qatarın yük avtomobili ilə toqquşması nəticəsində yaralananların sayı 140-dək artıb

 
Rusiyanın Volqoqrad şəhərində qatarın yük avtomobili ilə toqquşması nəticəsində yaralananların sayı 140-dək artıb.

Yaralananların bir hissəsi, o cümlədən azyaşlılar yerli xəstəxanaya çatdırılıblar. Rəsmi şəxslər dünyasını dəyişənlərlə bağlı məlumat yaymırlar.

Toqquşmadan sonra qatarın 8 vaqonu relsdən çıxıb. Medianın məlumatında, qatarda ümumilikdə 800 sərnişinin olduğu deyilir.

Rusiyanın Dəmir Yolları tərəfindən yayılmış məlumata əsasən, yük avtomobilinin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozub, qadağan nişanını nəzərə almayıb və relsləri keçməyə cəhd edib.