Volqoqradda qatar yük avtomobili ilə toqquşub və relslərdən çıxıb, xəsarət alanlar var
Volqoqradda qatar yük avtomobili ilə toqquşub və relslərdən çıxıb, xəsarət alanlar var

Rusiyanın Volqoqrad şəhərində qatar yük avtomobili ilə toqquşub və relslərdən çıxıb. Medianın məlumatına əsasən, hadisə nəticəsində xəstəxanaya 30 nəfər yerləşdirilib, onlardan 15-i uşaqdır.

Yayılmış məlumata əsasən, yük avtomobili sürücüsü qadağan nişanını nəzərə almayıb və relsi keçməyə çalışıb, bu zaman da qatar toqquşub.